EN

Köç karvanı Xocavəndə çatıb - FOTOLAR

Martın 31-də doğma yurduna yola salınan köç karvanı Xocavənd şəhərinə çatıb. Bu mərhələdə Xocavənd şəhərinə 253 nəfərdən ibarət 64 ailəyə mənzillərin açarları təqdim edilib.

"Unikal" xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Chosen
24
3
unikal.az

10Sources