EN

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

Aparıcı Zuhal Topal maqazin şərhçisi Bircan Balinin onun barəsində dediklərinə cavab verib.

Bizim.Media xəbər verir ki, Zuhal açıqlamasında o adda birini tanımadığını və sosial media istifadəçilərinin ona yetəri qədər cavab verdiyini bildirib.

"O aparıcı imiş? Bilmirdim, tanımıram. Amma bu barədə eşitdim. Xarici ölkədə idim. Sağ olsun, sevənlərim nə gözəl cavablar veriblər ona. Mənim nəsə deməyimə ehtiyac yoxdur.

Belə tip insanlarla həmsöhbət ola bilmərəm. Bu tənqidlər üçün modadan anlayışınız olmalı, ya da bunun təhsilini almış olmalısınız.

Mənim ailə tərbiyəm ona cavab verməyə icazə vermir. Həm də gərək yoxdur. Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim. Keçmiş olsun hamısına" deyə, Zuhal açıqlamasında bildirib.

Qeyd edək ki, Bircan və Esra Balamir veriliş zamanı Zuhalın bədən quruluşunun kobud olduğunu bildirərək ona daha düzgün geyinməyi məsləhət görüblər. (Axşam.az)

Bizim.Media

Chosen
4
1
bizim.media

2Sources