EN

Elektrikli avtomobillər ilə car sharing tezliklə Bakıda Rentbutik dən yeni xidmət

ain.az, Marja.az portalına istinadən məlumat yayır.

Bakıda "car-sharing" dövrü başlayır. "Rentbutik" mobil tətbiqi aprel ayından etibarən innovativ nəqliyyat həlli çərçivəsində "BYD Seagull" markalı elektrikli avtomobillərin dəqiqəlik, saatlıq və aylıq icarəsini istifadəçilərin ixtiyarına verir.

Layihə çərçivəsində gətirilən avtomobillər şəhərin müxtəlif nöqtələrində yerləşdiriləcək. İstifadəçilər mobil tətbiq vasitəsilə ən yaxın avtomobili taparaq, onu bir neçə kliklə aktivləşdirə biləcəklər.

"Rentbutik car-sharing" xidməti istifadəçilərə avtomobili tətbiq üzərindən seçmək, ödəniş etmək və fiziki açar olmadan — birbaşa telefon vasitəsilə qapını açaraq idarəetməyə başlamaq imkanı yaradır. Bu yanaşma şəhər daxilində daha çevik, sərfəli və rahat nəqliyyat alternativi təqdim edir.

Şirkət nümayəndələrinin sözlərinə görə, layihənin əsas məqsədi fərdi avtomobil istifadəsinə alternativ yaratmaq, şəhər trafikini optimallaşdırmaq və istifadəçilərə daha az xərclə daha çox hərəkət azadlığı təqdim etməkdir.

Qeyd edək ki, "Rentbutik" mobil tətbiqi 2025-ci ildən fəaliyyət göstərməkdədir. Bu günədək bir çox istifadəçilər mobil tətbiq vasitəsilə öz avtomobillərini icarəyə vermiş və ya tətbiq vasitəsilə günlük, həftəlik, aylıq avtomobillər icarəyə götürmüşlər. Aprel ayından etibarən isə Rentbutik elektrikli avtomobillərin dəqiqəlik və saatlıq icarə xidmətini də tətbiqə əlavə etməklə istifadə imkanlarını daha da genişləndirəcək.

Yeni xidmətin istifadəyə verilməsi münasibətilə istifadəçilər üçün xüsusi kampaniyalar da təqdim olunur. Kampaniyalar haqqında daha ətraflı məlumat almaq üçün Rentbutik-in rəsmi Instagram səhifəsini izləmək mümkündür: https://www.instagram.com/rentbutik/

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
3
marja.az

4Sources