Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakıda “car-sharing” dövrü başlayır. “Rentbutik” mobil tətbiqi aprel ayından etibarən innovativ nəqliyyat həlli çərçivəsində “BYD Seagull” markalı elektrikli avtomobillərin dəqiqəlik, saatlıq və aylıq icarəsini istifadəçilərin ixtiyarına verir.
“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində gətirilən avtomobillər şəhərin müxtəlif nöqtələrində yerləşdiriləcək.
İstifadəçilər mobil tətbiq vasitəsilə ən yaxın avtomobili taparaq, onu bir neçə kliklə aktivləşdirə biləcəklər.
“Rentbutik” “car-sharing” xidməti istifadəçilərə avtomobili tətbiq üzərindən seçmək, ödəniş etmək və fiziki açar olmadan - birbaşa telefon vasitəsilə qapını açaraq idarəetməyə başlamaq imkanı yaradır. Bu yanaşma şəhər daxilində daha çevik, sərfəli və rahat nəqliyyat alternativi təqdim edir.
Şirkət nümayəndələrinin sözlərinə görə, layihənin əsas məqsədi fərdi avtomobil istifadəsinə alternativ yaratmaq, şəhər trafikini optimallaşdırmaq və istifadəçilərə daha az xərclə daha çox hərəkət azadlığı təqdim etməkdir.
Qeyd edək ki, “Rentbutik” mobil tətbiqi 2025-ci ildən fəaliyyət göstərməkdədir. Bu günədək bir çox istifadəçilər mobil tətbiq vasitəsilə öz avtomobillərini icarəyə verib və ya tətbiq vasitəsilə günlük, həftəlik, aylıq avtomobillər icarəyə götürüblər. Aprel ayından etibarən isə “Rentbutik” elektrikli avtomobillərin dəqiqəlik və saatlıq icarə xidmətini də tətbiqə əlavə etməklə istifadə imkanlarını daha da genişləndirəcək.
Yeni xidmətin istifadəyə verilməsi münasibətilə istifadəçilər üçün xüsusi kampaniyalar da təqdim olunur.
Kampaniyalar haqqında daha ətraflı məlumat almaq üçün “Rentbutik”in rəsmi instaqram səhifəsini izləmək mümkündür: https://www.instagram.com/rentbutik/
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.