EN

O, təhlükəyə diqqət çəkdi! Baxçalı hökumətə təcili müraciət etdi

Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dövlət Baxçalı rəhbərlik etdiyi MHP-nin qrup toplantısında bir sıra mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, o, “terrorizmdən azad Türkiyə” prosesinə toxunaraq bildirib ki, bu, milli birlik və qardaşlıq layihəsidir. Bahçelinin sözlərinə görə, artıq zəruri hüquqi tənzimləmələr üçün uyğun mühit formalaşıb və növbəti mərhələdə bu məqsədə xidmət edən qanunlar sürətlə qəbul edilməlidir. O, bu addımı “doğru zamanda atılmış doğru addım” kimi qiymətləndirib və siyasi qüvvələri prosesi zədələyə biləcək addımlardan çəkinməyə çağırıb.

O, vurğulayıb ki, heç kim təxribatlara uymamalı, səhv hesablamalar aparmamalı və ölkənin birlik prosesinə xələl gətirməməlidir. Onun fikrincə, bu mərhələdə qardaşlıq və həmrəylik gücləndirilməlidir.

Çıxışında həmçinin Cümhuriyyət Xalq Partiyasını (CHP) sərt tənqid edən MHP lideri, CHP-nin idarə etdiyi bələdiyyələri korrupsiya və rüşvət araşdırmaları fonunda hədəfə alıb. O bildirib ki, partiyanın siyasi və mənəvi xətti dəyişib və zəifləyib.

Baxçalı əlavə edib ki, bəzi dairələr Xalq Alyansının gücündən narahatdır, lakin Türkiyə bu mürəkkəb dövrdən daha da güclənərək çıxacaq. O, ölkənin daxili birliyini zəiflədən hər cür açıqlamanın milli təhlükəsizliyə təhdid olduğunu vurğulayıb və sonda qeyd edib: “Heç kim qanundan üstün deyil, qanunun aliliyi hər şeydən üstündür.”

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
icma.az

2Sources