EN

ABŞ Aya ilk qadın astronavtı göndərir

30 mart Bazar ertəsi günü ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) Artemis II ekipajının Aya uçuşuna 50 saatlıq geri sayım başladı.

Herbiand.az xartici mənbələrə istinadən xəbər verir ki, göyərtəsində dörd astronavt olacaq Orion kosmik gəmisinin 1 aprel Şərq vaxtı ilə saat 18:24-də (2 aprel Mərkəzi Avropa vaxtı ilə saat 00:24-də) buraxılması planlaşdırılır.

Orion kosmik gəmisini daşıyan Kosmik Buraxılış Sistemi (SLS) raketi 20 martda Florida ştatının Kanaveral burnundakı Kennedi Kosmik Mərkəzindəki 39A Buraxılış Meydançasına quraşdırılıb. Orion heyətinə Rid Uayzman, Ceremi Hansen, Kristina Kox və Viktor Qlover daxil olacaq. Qlover Aya uçuş missiyasında iştirak edən ilk afroamerikalı, Kox isə ilk qadın olacaq.

Chosen
65
herbiand.az

1Sources