EN

Avropa Kubokunda 11 ölkə iştirak edəcək

Gəncədə keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.

"Cebheinfo.az" xəbər verir ki, yarışda 11 ölkə təmsilçiləri mübarizə aparacaqlar.

Turnirdə Azərbaycan cüdoçuları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ təmsilçiləri tatamiyə çıxacaqlar.

Yarışda Azərbaycanın 100-dən çox idmançısı çıxış edəcək.

Xatırladaq ki, turnir aprelin 4-5-də Gəncə İdman Sarayında təşkil olunacaq.

"Cebheinfo.az"

Chosen
13
4
cebheinfo.az

5Sources