Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları İdarəsi İsrail Knesseti tərəfindən qəbul edilmiş, fələstinli məhbusları hədəf alan ölüm cəzası qanununun dərhal ləğv edilməli olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları Ofisi-in işğal olunmuş Fələstin ərazilərindəki missiyası mövzu ilə bağlı X hesabında paylaşım edib.
Bəyanatda bildirilib: “İsrail bu gün Knessetdə qəbul etdiyi ayrı-seçkilik xarakterli ölüm cəzası qanununu dərhal ləğv etməlidir, çünki bu qanun İsrailin beynəlxalq hüquq qarşısında öhdəliklərini pozur”.
BMT-nin bütün hallarda ölüm cəzasına qarşı olduğunu vurğulayan bəyanatda qeyd olunur ki, yeni qanunun tətbiqi beynəlxalq hüququn qəddar, qeyri-insani və ləyaqəti alçaldan cəzaları qadağan edən müddəasını pozacaq.
Bəyanatda həmçinin bildirilir: “Bu qanun xüsusilə işğal olunmuş Qərb Şəriyəsi və İsraildəki fələstinlilərə tətbiq olunacaq və İsrailin irqi ayrı-seçkiliyini və aparteidini daha da gücləndirəcək, çünki bu şəxslər tez-tez ədalətsiz məhkəmələr nəticəsində məhkum edilirlər.”
Aytən Yaşar/ Turkustan.az