Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Həkimi-onkoloq Olqa Yakovenko xəbərdarlıq edib ki, artıq çəki ciddi sağlamlıq problemi ola bilər.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda aif.ru-ya danışıb.
Onun sözlərinə görə, piylənmə bir sıra xərçəng növlərinin, xüsusilə döş xərçənginin riskini artırır. Bu, postmenopauza dövründə qadınlarda daha çox müşahidə olunur, amma gənc qadınlar da təhlükədən sığortalanmayıb.
Həkim bildirir ki, artıq çəki hormonal balansı poza bilər. Piy toxuması hormon istehsalında iştirak etdiyi üçün, xüsusilə estrogenlərin artması döş hüceyrələrinin çoxalmasına səbəb ola bilər.
Bundan əlavə, piylənmə zamanı qanda insulin səviyyəsi yüksəlir və bu da hüceyrələrin bölünməsini stimullaşdıraraq, xərçəngin yaranmasına şərait yarada bilər. Yakovenko vurğulayıb ki, qadınlarda artıq çəki xərçəng riskini təxminən 20-40 faiz artırır.
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.