EN

Köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.

Hafta.az xəbər verir ki, ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə Xocavənd şəhərinə 64 ailənin (253 nəfər) qayıdışı təmin edilib.

12:23

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Hafta.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə növbəti köç karvanı ilə 64 ailə olmaqla, 253 nəfər yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində - əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Chosen
19
1
hafta.az

10Sources