EN

70 yaşlı Araz Ağalarov özündən 43 yaş kiçik qadınla evlənib və hətta… FOTO

“Crocus Group” şirkətinin təsisçisi 70 yaşlı azərbaycanlı iş adamı Araz Ağalarov  40 illik evliliyindən sonra İrina  Ağalarovadan boşanıb və 27 yaşlı sevgilisi Alena İvanova ilə gizlicə evlənib.

aqalarovun

Hətta onların bir uşağı da var. İş adamının seçdiyi xanım haqqında az şey məlumdur: o, diqqətdən yayınmaq üçün gizli həyat tərzi sürür, Ağalarovun soyadını götürüb və sosial media hesablarını bağlayıb. Lakin yeni evlənənlərin birgə fotosu internetdə yayılıb.

Musavat.com Tezadlar.az-a istinadla xəbər verir ki, bu haqda Rusiya KİV-i məlumat yayıb. Bildirilib ki, Ağalarov uzun müddətdir xanımı ilə boşanıb.

Şəkildə cütlük Bakıda keçirilən DREAM Fest beynəlxalq musiqi festivalında restoran masasında görünür. Araz Ağalarovun gənc həyat yoldaşı qara don geyinib. Alena dizində körpə tutur və yaxınlıqda başqa bir uşaq var.

Qeyd edək ki, Araz Ağalarov və İrinanın birgə nikahdan Emin və Şeyla adlı övladları var.

Chosen
37
musavat.com

1Sources