EN

Daşkəsəndə qadına qarşı zorakılıqla bağlı cinayət işi üzrə istintaq davam edir - Baş Prokurorluq

Bakı.Trend:

Bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri tərəfindənDaşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ciil təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindənzorakılıq edilməsi ilə bağlı informasiyalar paylaşılıb.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Trend-in sorğusuna cavabolaraq bildirilir ki, qeyd olunan müraciət üzrə Daşkəsən rayonprokurorluğunda araşdırma aparılıb, hadisə yerinə baxışkeçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb,zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habeləiş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldəolunub.

Toplanmış material üzrə Azərbaycan Respublikası CinayətMəcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işibaşlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Cinayət işi üzrə bütün hallar hərtərəfli, tam və obyektivaraşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumatveriləcəkdir.

Məqalədə:
Chosen
20
36
az.trend.az

10Sources