EN

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da dəyişiklik edilib

"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da dəyişiklik edib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da öz əksini tapmış məlumatların müasir proqramlardan istifadə əsasında qiymətləndirilməsi və iqlim təsirlərinin proqnoz edilməsi, su mənbələrinin elektron geomodelləşdirilməsi, ekosistem (çay, göl, təbii və süni sututarlar) üzrə suya tələbatın müəyyənləşdirilməsi, iqlim amilləri nəzərə alınmaqla su ehtiyatlarının qiymətləndirilməsi tədbirləri üzrə əsas icraçı qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, digər içraçı qurum isə əksinə müəyyən edilib.

Chosen
16
11
day.az

10Sources