EN

Sürücü diqqətsizliyi qəzaya səbəb oldu - VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın Nərimanov rayonunda baş vermiş yol qəzasının görüntülərini yayıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisəyə sürücü diqqətsizliyinin səbəb olduğu bildirilib.

“Zəruri təhlükəsizlik tədbirlərini görmədən yolun hərəkət hissəsində dayanmaq qəzaya səbəb olub. NİİM-in müşahidə kamerası vasitəsilə qeydə alınan bu hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi yolda dayanmış avtomobilə çırpılıb.

Qəzaların baş verməməsi üçün nəqliyyat vasitəsi nasazlıq və ya digər məcburi səbəblərdən yolun hərəkət hissəsində dayandıqda belə, dərhal təhlükəsizlik tədbirləri görülməlidir. Qanuna əsasən, nasazlıq yarandıqda avtomobil yolun kənarına çəkilməli, qəza siqnalları yandırılmalı və ən azı 30 metr məsafədə qəza dayanma nişanı qoyulmalıdır. Sürücülər onu da bilməlidirlər ki, hərəkət zamanı sükan arxasında diqqətli olmasan, yol-nəqliyyat hadisəsi qaçılmaz olacaq”, - məlumatda qeyd olunub.

Sözügedən görüntüləri təqdim edirik:

"Cebheinfo.az"

Chosen
7
15
cebheinfo.az

10Sources