EN

Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub

Bakı. Trend:

Fərid Baxşıyev Maliyyə Nazirliyi yanında Dövlət MüəssisələrininMonitorinqi Agentliyinin direktoru təyin edilib.

Trendnazirliyə istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmrimzalanıb.

F.Baxşıyev 1977-ci ildə anadan olub, Azərbaycan Dövlət İqtisadUniversitetində biznesin idarə olunması üzrə bakalavr və biznesinzibatçılığı üzrə magistr təhsili alıb. Həmçinin, BöyükBritaniyanın Redinq Universitetində inkişafın maliyyələşdirilməsiixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

O, əmək fəaliyyətinə 1998-ci ildə Maliyyə Nazirliyində Xariciiqtisadi əlaqələr və xarici borcların idarə olunmasıdepartamentində baş iqtisadçı kimi başlayıb. Sonrakı illərdəAzərbaycanın Mərkəzi Bankının Beynəlxalq əlaqələr şöbəsinindirektoru, Dünya Bankında ölkə üzrə iqtisadçı, Azərbaycan DəmirYolları QSC-də İnvestisiya şöbəsinin rəisi, KPMG Azərbaycan vədigər özəl konsaltinq şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, Maliyyə Nazirliyi yanında Dövlət MüəssisələrininMonitorinqi Agentliyi Maliyyə Nazirliyinin fəaliyyətinintəkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında AzərbaycanRespublikası Prezidentinin 30 dekabr 2025-ci il tarixli Fərmanı iləyaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib.

Agentlik dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin)nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlətadından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətlidövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini,habelə illik gəlir və xərc smetalarının icra vəziyyətininmonitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən,Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.

Chosen
52
31
az.trend.az

10Sources