EN

Ordubadda qaya uçqunu - FOTOLAR

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, intensiv yağışlar nəticəsində Ordubadın Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu olub.

Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub.

Qaya parçaları qısa müddətdə dağıdılaraq ərazidən yığışdırılıb, yolda təhlükəsiz hərəkət bərpa olunub.

Chosen
14
13
bakivaxti.az

10Sources