EN

Nazim Bəydəmirlinin ailəsi prezidentə müraciət edib

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hazırda həbsdə olan iqtisadçı alim və keçmiş millət vəkili Nazim Bəydəmirlinin ailəsi onun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib.

Gununsesi.info bildirir ki, sabiq millət vəkilinin həyat yoldaşı Fəridə Bəydəmirlinin yaydığı müraciətdə bildirilib ki, Nazim Bəydəmirli təxminən üç ildir həbsdədir və son günlərdə səhhəti kəskin pisləşib:

“Nazim Bəydəmirli 3 ilə yaxındır həbs həyatı yaşayır. Bir neçə gün bundan öncə həbsxanada vəziyyəti pisləşib, 13 nömrəli cəzaçəkmə müəssisəsinin rəhbərliyi zamanında təcili yardım çağırmasaydı (acil müdaxilə edib oksigen aparatı qoşulub) yəqin ki, bu gün Nazim həyatda olmazdı”.

Xatırladaq ki, Nazim Bəydəmirli 2023-cü il iyulun 4-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə və təkrar törədildikdə) maddələrilə ittiham verilib. N.Bəydəmirli ittihamları rədd edir, onları uydurma adlandırır.

Nazim Bəydəmirli həbsini Gədəbəydəki ekoloji fəlakətə etiraz edən insanlara dəstəyi ilə əlaqələndirib.

Beynəlxalq təşkilatlar Azərbaycan hökümətini onu azadlığa buraxmağa çağırır.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
2
icma.az

6Sources