EN

Pakistanda güclü yağışlar səbəbindən 11 nəfər ölüb

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Pakistanın Hayber Paxtunxva əyalətində güclü yağışlar nəticəsində azı 11 nəfər həyatını itirib, 18 nəfər yaralanıb.

BAKU.WS "Dawn" qəzetinə istinadən xəbər verir ki, leysan yağışlar yaşayış məntəqələrini su altında qoyub, bir sıra yollar bağlanıb.

Xilasedicilər bildiriblər ki, güclü yağış və fırtına nəticəsində insan tələfatı qeydə alınıb. Bəzi ərazilərdə ağaclar aşıb, infrastruktur zərər görüb. Davam edən yağıntılar səbəbindən heyelanlar baş verib və bir çox əsas yollar bağlanıb.

Həmçinin Svot bölgəsində çay və axar sular daşaraq su basqınlarına səbəb olub. Minqora şəhərində su səviyyəsinin yüksəlməsi narahatlıq yaradıb.

Qar yağışı və qar uçqunu səbəbindən Kalam ilə Mahodand gölü arasındakı yol bağlanıb, yüzlərlə avtomobil yolda qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
1
baku.ws

2Sources