EN

Prodüsser: “O,qaynanasına gəlinlik, övladlarına analıq edə bilmədi”

Adelet.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Prodüsser Asif  Kərimov  əməkdar artist Elnarə Abdullayevanın müdafiəsinə qalxıb.

Adalet.az bildirir ki, o, müğənnin  “müğənni qız almaram” fikrinə aydınlıq gətirərək, onu qınayanları günahlandırıb:

“Elnarə deyəndə müğənni qız almaram, hamı onu qınadı. Amma anlamadılar ki, özü müğənniliklə pul qazanan adam heç vaxt bu peşəyə pis gözlə baxmaz. Elnarə sadəcə olaraq bir qadının məişət qayğılarına, analıq  mövqeyinə görə belə söz deyib.  Elnarə özü səhnədə  gözəl çıxış etdi. Amma doyunca qaynanasına gəlinlik, övladlarına analıq edə bilmədi. Çünki sənəti, peşəsi buna imkan vermədi. Çətin yollar keçdi. Əziyyət çəkdi. Məhz bu səbəbdən Elnarə müğənni gəlin istəmir. Ancaq görürəm ki, hər kəs öz arşını ilə ölçür”.

Əntiqə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
adalet.az

2Sources