
Ağcabədi özünümüdafiə batalyonunun (“Ağcabədi batalyonu”) komandiri, Qarabağ müharibəsi veteranı Tofiq Cəfərov dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə yaxınları sosial mediada məlumat yayıb.
Bildirilib ki, o bu gün Ağcabədi şəhərindəki köhnə rus qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, özünümüdafiə dəstəsi olaraq formalaşmış “Ağcabədi batalyonu” 1992-ci ildə hərbi əməliyyatlarda iştirak edib, daha sonra hərbi hissə kimi fəaliyyət göstərib.