Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 5-də keçiriləcək.
“Cebheinfo.az” xəbər verir ki, şagirdlər və ya onların valideynləri “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.