EN

Bu tarixdən ibtidai siniflər üçün yaz tətili başlayacaq

Azərbaycanda ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları və ibtidai sinif şagirdləri üçün əlavə yaz tətilinin vaxtı məlum olub.
 
Moderator.az xəbər verir ki, 2025/2026-cı tədris ilində bu kateqoriyaya daxil olan şagirdlər 1-5 may tarixlərində istirahət edəcəklər. Tətil müddəti başa çatdıqdan sonra dərslər 6 may tarixində yenidən bərpa olunacaq.
 
Qeyd olunan tarixlər Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti" ilə bağlı qərara uyğun müəyyən edilib.
Chosen
1
6
moderator.az

7Sources