Azərbaycanda ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları və ibtidai sinif şagirdləri üçün əlavə yaz tətilinin vaxtı məlum olub.
BAKU.WS-in məlumatına görə, 2025/2026-cı tədris ilində bu kateqoriyaya daxil olan şagirdlər 1-5 may tarixlərində istirahət edəcəklər. Tətil müddəti başa çatdıqdan sonra dərslər 6 may tarixində yenidən bərpa olunacaq.
Qeyd olunan tarixlər Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti" ilə bağlı qərara uyğun müəyyən edilib.