EN

Uzun fasilədən sonra işə adaptasiya olmağın yolları - TÖVSİYƏ

Günlərlə davam edən istirahət və gündəlik qayğılardan uzaq qalmaq insanı rahatlaşdırsa da, yenidən iş həyatına qayıtmaq müəyyən adaptasiya problemlərinə səbəb ola bilir.

 

Pravda.az-a açıqlama verən psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, uzun tətillər insanın psixoloji və fizioloji ritmlərində müəyyən dəyişikliklərə səbəb olur.

Locco”

O bildirib ki, tətildə gündəlik iş rejimindən uzaqlaşmaq, daha çox sərbəst vaxt keçirmək və yuxu saatlarının dəyişməsi beynin iş rejimini müvəqqəti dayandırır: “Bu, tətildən sonra işə qayıtdıqda uyğunlaşma çətinliklərinə səbəb ola bilər. İnsan bəzən tətildən sonra dincəlmiş hiss etsə də, beynin iş rejiminə keçməsi, diqqət və konsentrasiyanın bərpası üçün müəyyən zaman tələb olunur. Bu, normal bir psixoloji prosesdir və hər kəsdə fərqli dərəcədə ola bilər. İşə adaptasiya olmaq üçün bəzi praktik üsullar var: Məsələn, yavaş-yavaş ritmə keçid, tətildən sonra dərhal ağır iş yükünə keçmək əvəzinə, iş gününü planlayarkən prioritetləri müəyyənləşdirmək və önəmli işləri əvvəlcədən görmək faydalıdır. Yuxu rejiminə diqqət yetirmək və iş günlərində yuxu saatlarını normallaşdırmaq tətildə pozulmuş bioloji ritmin bərpa olunmasına kömək edir. Gündəlik qısa gəzintilər və ya idman bədəni və zehni oyandırır, diqqəti artırır. Günə kiçik tapşırıqlarla başlamaq, motivasiyanı artırır və adaptasiyanı sürətləndirir. Stresi azaltmaq üçün qısa fasilələr, dərin nəfəs məşqləri və ya qısa meditasiya faydalıdır. Qısacası, tətildən sonra adaptasiya çətinliyi normaldır. Vacib olan onu idarə etmək, ritmi yavaş-yavaş iş rejiminə gətirmək və öz psixoloji ehtiyaclarımıza diqqət etməkdir. Bu üsullar, həm məhsuldarlığı artırır, həm də psixoloji rahatlığı qoruyur”.

 

Şəhanə Quliyeva

Tarix: 31 Mart 2026, 08:09   
Chosen
30
10
pravda.az

10Sources