EN

Sənəti peşə yox, taleyin hökmü olan adam Orxan Saffari yazır…

ain.az bildirir, Gununsesi portalına istinadən.

Əlbəttə, fanidən fani, anidən ani dünyada çıxdaş edilə bilməyəcək insan, əməl, söz, fəaliyyət yoxdur.

Fəqət məsələn, elə adamlar var, onların tənqidə gələn, çıxdaş edilə bilən tərəfinə adam heç özü getmək istəmir.

Misali və cəmali Fuad Poladov kimi.

O Fuad Poladovdur ki, istedadı ilə şəxsiyyəti vəhdət təşkil edən təklərdəndir.

O Fuad Poladovdur ki, özünü, sözünü, səhnəsini qoruyan adamdır.

O Fuad Poladovdur ki, şəxsiyyəti bütöv, ləyaqəti polatdandır.

O Fuad Poladovdur ki, alqışın ucuz sədasına heç vaxt aldanmadı.

O Fuad Poladovdur ki, səsi eşidilmirdi, hiss edilirdi.

O Fuad Poladovdur ki, susmağı da monoloq idi.

O Fuad Poladovdur ki, dövr dəyişdi, tamaşaçı dəyişdi, zövqlər dəyişdi, o isə dəyişmədi.

O Fuad Poladov ki, varlığı ağır idi, yoxluğu boşluq.

O Fuad Poladovdur ki, böyüklüyünü gizlədə-gizlədə böyümüşdü.

O Fuad Poladovdur ki, heç vaxt tək olmadı, vicdan onunla idi.

O Fuad Poladovdur ki, sənəti nümayiş etdirmirdi, yaşadırdı.

O Fuad Poladovdur ki…

O Fuad Poladovdur ki…

O Fuad Poladovdur ki…

Sənət onun üçün təkcə peşə yox, taleyin hökmü idi.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
icma.az

1Sources