ain.az bildirir, GlobalInfo portalına istinadən.
Yaponiyada keçirilən tədbir zamanı qondarma “DXR” və “LXR”-in bayraqlarının asılması beynəlxalq səviyyədə narazılığa səbəb olub.
Globalinfo.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi hadisəyə dərhal reaksiya verərək, bu cür simvolların istifadəsinə siyasi-hüquqi qiymət verilməsinə çağırıb.
Tədbirin təşkilatçılarının bildirdiyinə görə, görüşdə 100-ə yaxın şəxs iştirak edib. Onların arasında keçmiş parlament üzvləri, ekspertlər, siyasi dairələrin nümayəndələri, Yaponiyanın Özünümüdafiə Qüvvələrinin təmsilçiləri, biznes və media nümayəndələri, eləcə də sıravi vətəndaşlar olub.
Tədbiri Yaponiya-Rusiya Dostluq Assosiasiyasının sədri, yapon tarixçi Takeyuki Tanaka təşkil edib. O, Donetsk və Luqansk vilayətlərinə səfərindən danışıb, həmçinin 2014-cü ilin fevralında Ukraynada baş verən hadisələri “konstitusiyaya zidd çevriliş” kimi təqdim edib.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.