EN

Günəşdə nadir “X” sinifli partlayış baş verdi

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Martın 30-u səhər saatlarında ən yüksək “X” sinifli güclü günəş partlayışı qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, bu, 2026-cı ilin fevral ayının əvvəlindən bəri bu böyüklükdə ilk hadisədir.

X1.5 sinifli partlayış səhər saat 7:19-da 4405 aktiv bölgəsində (S25E45 koordinatları) baş verib. 49 dəqiqə davam edib və rentgen şüalarında qeydə alınıb.

Qeyd edək ki, əvvəlki “X” sinifli partlayış fevralın 4-ü müşahidə edilib və 4366 aktiv bölgəsində X4.2-yə çatıb. Bu bölgə “M” və “X” sinifli partlayışların ümumi sayına görə 21-ci əsrin rekordunu qırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
yeniavaz.com

1Sources