EN

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib

Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media report-a istinadən xəbər verir ki, qəza zamanı həyatını itirən şəxs Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.
 

Belə ki, ANAMA əməkdaşı Elnur Rüstəmov idarə etdiyi yük daşıyan avtomobillə Xocalı rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb.


Qəza nəticəsində E. Rüstəmov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Chosen
24
9
bizim.media

10Sources