EN

ANAMA-nın əməkdaşı Xocalıda qəzada həlak oldu

ANAMA-nın əməkdaşı Xocalıda qəza zamanı həyatını itirib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Elnur Rüstəmov idarə etdiyi yük daşıyan avtomobillə Xocalı rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil aşıb və sürücü E.Rüstəmov hadisə yerində həyatını itirib.

O, əslən Füzuli rayon sakinidir və ANAMA-da sürücü vəzifəsində işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Chosen
35
2
teleqraf.com

3Sources