AZ

ANAMA-nın əməkdaşı Xocalıda qəzada həlak oldu

ANAMA-nın əməkdaşı Xocalıda qəza zamanı həyatını itirib.

Elnur Rüstəmov idarə etdiyi yük daşıyan avtomobillə Xocalı rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil aşıb və sürücü E.Rüstəmov hadisə yerində həyatını itirib.

O, əslən Füzuli rayon sakinidir və ANAMA-da sürücü vəzifəsində işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
2
olaylar.az

3Mənbələr