Olaylar.az xəbər verir ki, bu barədə müəssisənin baş direktoru David Potsxveriya yerli mediaya müsahibəsində bildirib.
O qeyd edib ki, zavod Rusiya xammalını Türkmənistan, gələcəkdə isə Qazaxıstan nefti ilə əvəzləyəcək.
D.Potsxveriyanın sözlərinə görə, Türkmənistan neftinin emalına Azərbaycan ərazisindən tranzit məsələsi həll olunan kimi başlanılacaq:
"Azərbaycan vasitəsilə dəmir yolu tranziti təşkil edildikdən sonra digər mənbələrdən, o cümlədən Qazaxıstandan da xammalın qəbulu avtomatik reallaşacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31