EN

“Zeekr” özbəkləri belə ziyana salır

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Çinin lüks brendi hesab edilən “Zeekr” markasının 9X krossoverində yaranan nasazlıq indi Özbəkistanda satılmış maşınlarda da aşkar edilib. 

Avtosfer.az “Uzbek-MDK” portalına istinadla xəbər verir ki, krossoverin arxa körpüsündə yaranan çat nəticəsində yağ axması baş verir.

Vaxtında tədbir görülmədikdə bütövlükdə arxa körpü sıradan çıxa bilər. Nasazlığın səbəbi arxa körpünün keyfiyyətsiz alüminium ərintisindən hazırlanması və yüklənməyə davam gətirməməsidir.

Bu səbəbdən özbəklər 9X modelini dəyər-dəyməzinə kütləvi şəkildə satırlar. Bir müddət əvvəl avtomobili 110 min dollara alanlar indi onu 70 min manata satırlar. Bir çox sürücü bu nasazlığa görə 10 min dollar xərc çəkmək istəmir.Rusiyada bu avtomobilin problemi ilə bağlı daha ətraflı aşağıdakı linkdə:

https://avtosfer.az/az/avtoxeber/cinin-premium-zeekr-avtomobilinde-10-min-dollarliq-nasazliq-319254

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
avtosfer.az

1Sources