EN

"Burada böyüdəcək nəsə yoxdur" - Milli üzvü ilə səmimi MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli "FİFA SERİES 2026" turnirində Sent-Lüsiyanı məğlub etdiyi görüşdən (6:1) sonra Sportinfo.az-a müsahibə verib.

- Uzun müddətdir milliyə dəvət olunmamağın geniş müzakirə olunurdu. Bu dəfə adını siyahıda görəndə nələr keçirdin? Ümumiyyətlə, dəvət gözləyirdinmi?

- Əslində daha əvvəl də dəvət olunmaq ehtimalım çox idi. Hətta danışıq da olmuşdu. Sadəcə sənəd problem olduğu üçün gələ bilmirdim. Bəli, dəvət gözləyirdim. Əvvəlki müsahibələrdə də deyirdim ki, yaxşı olduğum təqdirdə dəvət olunacağıma inanıram. Dəvət olmadığı təqdirdə də üzüləcək durum görmürəm. Növbəti oyunlar var. Hər zaman hazır qalıb, baş məşqçidən dəvət gözləmək lazımdır. Burada problem yoxdur. Bunu dəfələrlə yaşamışam.

- İlk vaxtlar da belə rahat idin, yoxsa dəfələrlə olduğu üçün artıq adi qarşılaya bilirsən?

- Yaxşı sualdı (gülür). Düzdü, ilk vaxtlar dəvət gəlməməsini çılğınca qarşılayırdım. De Byazinin dönəmində reaksiya verdiyim də olub. Amma yaş artdıqca daha təcrübəli olursan. Daha geniş düşündükcə görürsən ki, yaxşı olsan belə məşqçiyə sən yox, başqası lazım ola bilər. Burada böyüdüləcək nəsə yoxdur. Bütün azərbaycanlı oyunçulara səbrli olmağı, üzərində işləməyə davam etməyi tövsiyə edirəm.

- Bəs dönüşündə belə asan qələbə gözləyirdin?

- Yox. Həqiqətən, beləsini gözləmirdim. Amma çox ciddi hazırlaşdığımızı deyə bilərəm. İstək böyük idi. Qələbəyə inanırdıq.

- İlk qolunu vurdun. Nələr deyə bilərsən?

- Xoşbəxtəm. Oyundan öncə bunu hiss edirdim. Bir gün öncə komanda yoldaşlarıma və köməkçi məşqçiyə qol vuracağımı demişdim.

XANOĞLAN İMANOV

Chosen
27
sportinfo.az

1Sources