EN

UEFA-dan azərbaycanlı referiyə ilk baş hakim təyinatı

FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

O, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək. T. Qurbanova Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.

B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də keçirilən Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.

Chosen
16
33
ikisahil.az

10Sources