EN

Yaxın Şərqdə artıq 50.000 ABŞ əsgəri var, - NYT

Yaxınn Şərqdəki ABŞ əsgərlərinin sayı artıq 50.000-i keçib ki, bu da adi haldan 10.000 çoxdur. Bu barədə The New York Times məlumat yayıb.

Nəşrin yazdığına görə, istənilən vaxt təxminən 40.000 ABŞ əsgəri Səudiyyə Ərəbistanı, Bəhreyn, İraq, Suriya, İordaniya, Qətər, BƏƏ və Küveyt də daxil olmaqla, bölgədəki bazalarda və gəmilərdə yerləşdirilib. Lakin ABŞ ordusunun sözçüsü New York Times qəzetinə bildirib ki, ABŞ prezidenti Donald Trampın İranla müharibəsinin şiddətlənməsi fonunda qoşunların sayı artıq 50.000-i keçib. Lakin, kontingentin gücünə artıq USS Gerald Ford təyyarədaşıyan gəmisindəki 4500 əsgər daxil deyil. 23 martda gəmi bölgəni tərk edərək Krit adasına yola düşüb, cümə günü Xorvatiyaya çatıb və növbəti təyinat yeri bəlli deyil. Nev York Times qəzetinin qeyd etdiyi kimi, ötən həftə Pentaqon Trampa əlavə hərbi imkanlar təmin etmək üçün ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasından təxminən 2000 əsgəri Yaxın Şərqə göndərib.

Hərbi ekspertlər xəbərdarlıq edirlər ki, hətta 50.000 əsgər, onların əksəriyyəti dənizdədir, hər hansı böyük quru əməliyyatı üçün çox azdır. Əgər söhbət bu miqyaslı bir ölkəni ələ keçirmək və saxlamaqdan gedirsə, bunu 50.000 əsgərlə etmək sadəcə mümkün deyil.

Əziz MUSTAFA

Chosen
28
oxumeni.az

1Sources