ABŞ İrana qarşı əməliyyatının əvvəlində ilk dəfə olaraq yeni PrSM qısamənzilli ballistik raketindən istifadə edərək cənubdakı Lamar şəhərindəki idman zalını və məktəbi vurub.
Azreform.info xəbər verir ki, bu barədə "New York Times" (NYT) hərbi ekspertlərə istinadən məlumat verib.
Hücum fevralın 28-də baş verib. İranın xarici işlər naziri Abbas Araqçi daha sonra idman zalında 20 nəfərin öldüyünü bildirib.
Nəşr silah mütəxəssislərinin rəyinə istinadən xəbər verir ki, Limarda baş verən partlayışların Precision Strike Missile və ya PrSM adlanan qısa mənzilli ballistik raketlərin xüsusiyyətlərinə uyğundur.
Nəşrin qeyd etdiyinə görə, raket birbaşa hədəfin üzərində partlayır və volfram qəlpələrini səpələyir.
Məqalədə həmçinin qeyd olunur ki, idman zalından və məktəbdən təxminən 900 fut (274 metr) məsafədə yerləşən yaşayış məntəqəsində baş verən zərbələrdən birinin videosunda silahın uçuşu və PrSM-ə uyğun fərqli bir silueti göstərilir. “Raket böyük bir od topuna çevrilir", nəşr yazıb.
Məqalənin müəllifləri hesab edirlər ki, "silah çox yeni olduğundan, Lamardakı PrSM zərbələrinin qəsdən, dizayn və ya istehsal qüsurundan qaynaqlandığını və ya hədəfin zəif seçilməsinin nəticəsi olub-olmadığını qiymətləndirmək daha çətindir".
Eyni zamanda, qəzetin mənbəyi zərbədə PrSM raketinin istifadə edildiyini təsdiqləyib.
Mürtəza