EN

Xalq artisti Rasim Balayevin nəşi Bakıya gətirilib

Azərbaycanın Xalq artisti Rasim Balayevin nəşi dövlətimizin dəstəyi ilə martın 30-da Türkiyədən Vətənə gətirilib. Ötən gün Rasim Balayev İstanbulda müalicə aldığı "Memorial" xəstəxanasında vəfat edib.

AZƏRTAC xəbər verir ki, mərhumun cənazəsi ailəsinə təhvil verilib.

Rasim Balayevlə vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq. Daha sonra görkəmli sənətkar I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Chosen
12
34
azerbaijan-news.az

10Sources