Hazırda Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.
KONKRET.az baku.ws-ə istinadən xəbər verir ki, Akademik Milli Dram Teatrında baş tutan mərasimdə mərhum sənətkarın həyat yoldaşı da iştirak edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev ötən gün vəfat edib. O Türkiyənin İstanbul şəhərindəki “Memorial” xəstəxanasında dünyasını dəyişib.
Aktyor uzun müddət idi səhhətində yaranan ciddi problemlərlə əlaqədar müalicə alırdı. O ağciyər xərçəngi və şəkər xəstəliyindən əziyyət çəkirdi.

