EN

Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının baş nazirliyə namizədi olacaq

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası onu 7 iyun tarixində keçiriləcək parlament seçkilərində hökumət başçısı postuna namizəd göstərib.

Bozomyol.info xəbər verir ki, Baş nazirin verdiyi açıqlamaya görə, partiya daxilində keçirilən iki mərhələli ilkin seçkilər başa çatıb və səsvermənin nəticələri müəyyən edilib. Paşinyan səsvermənin təşkilinə görə sayım komissiyasının sədri, parlamentin vitse-spikeri Akop Arşakyana təşəkkürünü bildirib.

“Partiyadakı həmkarlarıma yenidən mənə göstərdikləri etimada və partiyanın proporsional siyahısına baş nazir namizədi kimi rəhbərlik etmək imkanına görə təşəkkür edirəm”, – deyə Paşinyan vurğulayıb.

İlkin səsvermə nəticələrinə görə Paşinyan 933 səs toplayıb. Xarici işlər naziri Ararat Mirzoyan 853, müdafiə naziri Suren Papikyan 842, iqtisadiyyat naziri Gevork Papoyan 806, vitse-spiker Ruben Rubinyan 782 səs əldə edib. Siyahının növbəti yerlərində səhiyyə naziri Anayit Avanesyan (780), deputat Vaagn Aleksanyan (777), hökumət aparatının rəhbəri Raki Arutyunyan (766), parlamentdə “VM” fraksiyasının rəhbəri Ayq Kondjoryan (747), əmək və sosial məsələlər naziri Arsen Torosyan (745) qərarlaşıb.

Qeyd edilir ki, seçkiöncəsi proporsional partiya siyahısı bu səsvermənin nəticələrinə əsaslanaraq formalaşdırılacaq, lakin siyahıda qadınların nisbəti artırılacaq – hər dörd yerə ən azı bir qadın daxil ediləcək.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
92
24
bizimyol.info

10Sources