EN

“Qarabağ” bu gün satacaq - 5, 10 və 20 manat aralığında

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Sabah”la oyunun biletləri bu gün saat 15:00-dan etibarən satışda olacaq.

Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qiymətlər 5, 10 və 20 manat aralığındadır.

Biletlər sabah saat 15:00-dan etibarən “iTicket.az”da onlayn, oyun günü isə həm “iTicket.az”da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Chosen
19
sportinfo.az

1Sources