EN

Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsi barədə göstəriş verib

İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubunda mövcud təhlükəsizlik bufer zonasının genişləndirilməsi barədə İsrail ordusuna göstəriş verib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu addım İsrailin şimal sərhədləri boyunca təhlükəsizliyin gücləndirilməsi məqsədi daşıyır. Qərar bölgədə davam edən gərginlik, eləcə də hərbi əməliyyatların daha geniş miqyas alması ilə bağlı narahatlıqlar fonunda VERİLİB.

Qeyd edək ki, son dövrlərdə İsrail-Livan sərhədində vəziyyət gərgin olaraq qalır və tərəflər arasında mümkün eskalasiya ehtimalları beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Chosen
22
2
yeniazerbaycan.com

3Sources