EN

"Qarabağ" - "Sabah" oyununun biletləri satışa çıxır

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri bu gün  saat 15:00-dan satışda olacaq.

Fanat.Az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.

Biletlər iTicket.az"-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

"Qarabağ" xanım azarkeşlər üçün girişi pulsuz edib.

Qarşılaşma aprelin 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Chosen
13
7
fanat.az

8Sources