EN

Çində lüks avtomobil markası müflis oldu

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çində lüks avtomobil markası "BeyonCa" müflis olduğunu elan edib.

Lent.az xəbər verir ki, bu barədə "CarNewsChina" nəşri şirkətin keçmiş və hazırkı əməkdaşlarının açıq məktubuna istinadən məlumat yayıb.

Bildirilir ki, işçilər həm iş yerlərini, həm də maaşlarını itiriblər.

Qeyd edək ki, "BeyonCa" 2021-ci ildə "Volkswagen Group" şirkətinin keçmiş rəhbərləri - So Veymin və Kristian Klinqer tərəfindən təsis olunmuşdu. Şirkət premium elektrik avtomobilləri istehsalçısı kimi fəaliyyət göstərməyi planlaşdırırdı.

2023-cü ildə şirkət 3-5 il ərzində 100 min avtomobil satmağı planlaşdırdığını açıqlamışdı. İlk model kimi 130 kVt·saat batareyaya malik və qiyməti bir milyon yuan (təxminən 140 min dollar) olan "GT Opus 1" elektrik kupe-krossoverinin təqdim olunması nəzərdə tutulurdu.

Şirkət sonuncu dəfə 2024-cü ilin iyununda Honkonqda zavod açmaq planları ilə bağlı ictimaiyyətə açıqlama vermişdi.

Əməkdaşlar açıq məktubda maaş borclarının tam ödənilməsini, sığorta haqlarının və kompensasiyaların verilməsini, həmçinin rəhbərlik və səhmdarlardan rəsmi açıqlama tələb edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
3
lent.az

4Sources