AZ

Lüks avtomobil markası müflis olduğunu etiraf etdi

Lüks

Çində lüks avtomobil markası "BeyonCa" müflis olduğunu elan edib.Ulusum.az xəbər verir ki, bu barədə "CarNewsChina" nəşri şirkətin keçmiş və hazırkı əməkdaşlarının açıq məktubuna istinadən məlumat yayıb.Bildirilir ki, işçilər həm iş yerlərini, həm də maaşlarını itiriblər.Qeyd edək ki, "BeyonCa" 2021-ci ildə "Volkswagen Group" şirkətinin keçmiş rəhbərləri - So Veymin və Kristian Klinqer tərəfindən təsis olunmuşdu. Şirkət premium elektrik avtomobilləri istehsalçısı kimi fəaliyyət göstərməyi planlaşdırırdı.2023-cü ildə şirkət 3-5 il ərzində 100 min avtomobil satmağı planlaşdırdığını açıqlamışdı. İlk model kimi 130 kVt•saat batareyaya malik və qiyməti bir milyon yuan (təxminən 140 min dollar) olan "GT Opus 1" elektrik kupe-krossoverinin təqdim olunması nəzərdə tutulurdu.Şirkət sonuncu dəfə 2024-cü ilin iyununda Honkonqda zavod açmaq planları ilə bağlı ictimaiyyətə açıqlama vermişdi.Əməkdaşlar açıq məktubda maaş borclarının tam ödənilməsini, sığorta haqlarının və kompensasiyaların verilməsini, həmçinin rəhbərlik və səhmdarlardan rəsmi açıqlama tələb edirlər.

Diqqət Çəkənlər

Türk səhər yeməyi niyə dünyada Unikaldır? – Zənginliyin Sirri Açıqlandı

Alzheimerə qarşı sadə həll: Mətbəxə girin, yaddaşınızı qoruyun

SUCCESSO yeni mövsüm qadın geyim kolleksiyasını təqdim etdi

Seçilən
11
3
ulusum.az

4Mənbələr