EN

Qalibaf: ABŞ gizli şəkildə İrana quru hücumu planlaşdırır

ABŞ danışıqlar barədə Tehrana göndərdiyi açıq siqnallara baxmayaraq, gizli şəkildə İrana quru hücumu planlaşdırır.

 

IRNA xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

 

"ABŞ öz istəklərini 15 bənddən ibarət siyahı şəklində ifadə edib və müharibədə nail ola bilmədiklərinə can atır. Düşmən açıq şəkildə danışıqlar barədə siqnal göndərir və eyni zamanda, gizli şəkildə quru hücumu planlaşdırır", - o qeyd edib.

 

Bununla yanaşı, Qalibaf vurğulayıb ki, İran istənilən quru hücumunu dəf etməyə hazırdır.

 

Qeyd edək ki, daha əvvəl "The Washington Post" qəzeti Pentaqonun, İran ərazisində tammiqyaslı müdaxilə əvəzinə, xüsusi təyinatlıların və piyadaların nöqtəvi reydlərini nəzərdə tutan məhdud quru əməliyyatları variantları üzərində işlədiyi barədə məlumat yaymışdı.

Chosen
24
7
senzor.az

10Sources