EN

Təbrizdə neft-kimya müəssisəsi hücuma məruz qaldı

BAKI, 30 mart. TELEQRAF

İranın Təbriz şəhərində yerləşən neft-kimya müəssisələrindən birinin hava hücumuna məruz qaldığı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə müəssisənin baş direktoru məlumat verib.

Onun sözlərinə görə, müəssisə bir neçə dəqiqə əvvəl İsrail və ABŞ tərəfindən həyata keçirilən hücuma məruz qalıb. Baş direktorun açıqlamasını İranın dövlət televiziyası yayıb.

Bildirilib ki, hadisə yerinə artıq operativ xidmətlər cəlb olunub və ərazi yoxlanılıb. İlkin məlumatlara əsasən, havaya zərərli və ya insanların sağlamlığı üçün təhlükəli maddələrin yayılması qeydə alınmayıb. Müəssisə rəhbəri vəziyyətin nəzarət altında olduğunu qeyd edib.

Hücum nəticəsində xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

Chosen
52
50
teleqraf.com

10Sources