EN

ABŞ və İsrail İranın silah istehsalını müzakirə edib

BAKI, 30 mart. TELEQRAF

ABŞ və İsrailin yüksək rütbəli hərbi rəhbərləri İranın müdafiə-sənaye kompleksinə qarşı atılacaq növbəti addımları müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir martın 29-da keçirilən görüşdə İranın müdafiə-sənaye kompleksi ilə bağlı məsələləri müzakirə ediblər.

Telekanalın mənbələrinin bildirdiyinə görə, görüş İsraildə baş tutub və orada İsrail ordusunun digər nümayəndələri də iştirak ediblər. Qeyd olunur ki, müzakirələrin əsas mövzularından biri İranla bağlı müharibə və İran silahlarının istehsalının dayandırılması cəhdləri olub.

Chosen
36
teleqraf.com

1Sources