EN

Şirvanda yaşayış evində partlayış baş verib, xəsarət alan var - VİDEO - FOTO - YENİLƏNİB

Şirvanda mənzildə qaz sızmasından baş verən partlayışda xəsarət alan qadın paytaxta təxliyyə edilib

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda mənzildə partlayış zamanı Şirvan sakini, 1979-cu il təvəllüdlü Mehrəliyeva Aynurə Zakir qızı bədənin termik yanığı, yanıq şoku ilə adonal vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Daha sonra vəziyyəti ağır olan 48 yaşlı qadın paytaxta yanıq mərkəzinə təxliyyə olunub.

***
00:23

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan şəhəri, Elşad Əzimov küçəsində fərdi yaşayış evində yanğınla müşaiyət olunmayan partlayış baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb və 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Şirvanda Şirvanda Şirvanda Şirvanda Şirvanda Şirvanda
Chosen
27
40
apa.az

10Sources