İngiltərəli hücumçu Markus Reşfordun icarə müddəti başa çatdıqdan sonra "Barselona"da qalıb-qalmayacağı dəqiq deyil.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi futbolçunun transfer hüquqlarını "Mançester Yunayted"dən almaqdan imtina edə bilər.
Məsələ ondadır ki, razılaşmaya əsasən Reşfordun transferi üçün 30 milyon avro ödənilməlidir. “Qırmızı şeytanlar” bu məbləğdə endirimə getmək niyyətində deyil.
Futbolçunu PSJ də izləməkdə davam edir. Fransa çempionatının aparıcı klubu ingiltərəli hücumçunu heyətini gücləndirmək üçün namizədlərdən biri kimi nəzərdən keçirə bilər. Artıq Paris təmsilçisi futbolçunun agenti ilə ilkin danışıqlara başlayıb.
Bundan əlavə, 28 yaşlı forvardla İtaliya A Seriyasının güclü klublarından "Milan" da maraqlanır.
2025/2026 mövsümündə Markus Reşford 39 oyunda meydana çıxıb, 10 qol vurub və 13 qol ötürməsi ilə yadda qalıb.