"Mançester Yunayted"dən "Barselona"ya icarəyə verilən Markus Reşford ətrafında gərginlik artır.
Offsideplus.az xəbər verir ki, ingiltərəli hücumçunun Kataloniya təmsilçisindəki gələcəyi qeyri-müəyyən qaldığı üçün Avropanın digər nəhəngləri hərəkətə keçib.
"Barselona"nın Reşfordun müqaviləsindəki 30 milyon avroluq (təxminən 26 milyon funt-sterlinq) satınalma variantını aktivləşdirib-aktivləşdirməyəcəyi hələ də sual altındadır. Klubun maliyyə vəziyyəti bu keçidi çətinləşdirə bilər. Bu vəziyyətdən yararlanmaq istəyən PSJ və "Milan" futbolçunu yaxından izləyir.
Reşford öz mövqeyini qəti şəkildə ortaya qoyub. 28 yaşlı futbolçunun "Mançester Yunayted"ə qayıtmaq niyyəti sıfıra bərabərdir. Hətta "Barselona" onu daimi olaraq heyətinə qatmasa belə, o, karyerasını "Old Trafford"da davam etdirmək istəmir.